Qarayazı kəndində növbəti səyyar qəbul keçirilib
14 noyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qarayazı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov çıxış edərək Qarayazı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib. Səyyar qəbul zamanı kənd sakini Pünhan Əliyev kəndin mərkəzi yoluna yeni asfalt örtüyünün vurulması barədə müraciət etmişdir.
Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.