Qarayazı beton kanalında akveduk əsaslı təmir olunur
17 dekabr 2022 | 11:44
Mənbəyini Yekəxana Su Anbarından götürən Qarayazı beton kanalı 1011 hektar suvarılan ərazini əhatə edir. “Yeni Qəraməryəm” və “Bığırlı” SİB-nin tərkibindədir. Qarayazı, Yekəxana, Şahsoltanlı, Bığır kəndlərinin əkin sahələrinin suvarılmasını təmin edir.
Qarayazı beton kanalda PK 140-da Akvedukun əsaslı təmirinə zərurət yaranmışdır. Yaranmış zərurətin aradan qaldrılması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən həmin əraziyə 72 metr uzunluğunda d=1020 mm boru, işçi qüvvəsi və texnikalar cəlb edilərək akvedukun əsaslı təmir işləri aparılır.