Qaraməryəm nümayəndəliyi ərazisində abadlıq işləri aparılır
Rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə rayonun əsas giriş istiqamətlərindən biri olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndinin mərkəzi ərazisindən keçən hissəsində işıqlandırma sistemi bərpa edilmişdir. Hazırda həmin ərazidə bu istiqamətdə işlər davam etdirilir.
Həmçinin nümayəndəliyə daxil olan Qarayazı kəndində sakinlər tərəfindən yol kənarına məişət tullantılarının atılması nəticəsində yaranmış antisanitar sahə texnika vasitəsilə təmizlənmiş, avtomobil yolun kənarlarında səliqə-səhman yaradılaraq əhalinin rahat gediş-gəlişi üçün şərait yaradılmışdır.
Sakinlərdən məişət tullantılarını müəyyən edilmiş yerlərə atılması xahiş olunur.