Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirildi

21 dekabr 2022 | 17:50

21 dekabr 2022-ci il tarixdə Göyçay şəhər Heydər Əliyev Mərkəzində Ağsu regional miqrasiya idarəsi tərəfindən Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Ağsu regional miqrasiya idarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və  sahibkarlar iştirak edirdi.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Maarifləndirmə tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev rayonda görülən sosial-iqtisadi inkişaf istiqamətləri və Dövlət Miqrasiya Xidmətinin həyata keçirildiyi bu cür tədbirlərin Göyçay rayon ictimaiyyəti üçün əhəmiyyətli olduğunu vurğuladı.

Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov və idarənin bölmə rəisi Həmid Həbibov çıxış edərək qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində görüləcək işlər və Dövlət Miqrasiya Xidməti tərəfindən insan alverinin qarşısının alınması, həmçinin ölkə ərazisində yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin  sənədləşdirmə qaydaları barəsində” mövzusunda geniş məlumat vermişlər.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər