Ötən gün sel sularının Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində ziyan vurduğu piyada və avtomobil körpüsündə hərəkət tam bərpa edilib
26 avqust 2023-cü il tarixdə yağan leysan xarakterli yağışlar nəticəsində Göyçay rayonunun bəzi kəndlərinin ərazisinə sel gəlmiş və nəticədə yol, elektrik, təbii qaz, rabitə, içməli su xətlərinə, şəxsi təsərrüfatlara, avtomobillərə, ərazidə olan obyektə, həmçinin respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194-205 kilometrliyində rayonun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində piyada və avtomobil körpüsünə ziyan dəymişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakət baş verən ərazilərə dərhal baxış keçirilmiş, xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq işlər aparılmış, artıq həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilmişdir.