Ötən gün rayon ərazisində əsən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
05 noyabr 2024-cü il tarixdə saat 14:00 radələrində Göyçay rayonu ərazisində baş vermiş güclü külək nəticəsində şəhərin bir neçə küçəsində, eləcə də kəndlərdə yol kənarlarındakı ağacları aşırmış, elektrik enerjisinin verilişində fasilələr yaranmışdır.
Baş vermiş hadisənin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və aidiyyəti təşkilatlar tərəfindən gecə saatlarında zəruri tədbirlər həyata keçirilərək qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınıb, elektrik verilişində yaranan nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılıb.
Hazırda elektrik enerjisinin verilişində fasilə yaranmış rayonun Cəyirli, Kürdəmiş, Çayarxı, Qarabağlar və Şəhadət kəndlərinin bəzi hissələrində Göyçay Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən həmin ərazilərdə elektrik təsərrüfatında texniki nasazlığın aradan qaldırılması ilə bağlı tədbirlər görülür.