Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilib

24 avqust 2023 | 15:41

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığına qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Göyçay Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” dəyirmi masa keçirilib.

Tədbirdə Göyçay rayon Polis Şöbəsinin nümayəndəsi Şahin Xalidov, Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, Göyçay rayon mühafizə polisinin əməkdaşları, Göyçay rayon Gənclər Evininin fəalları, Göyçay rayon Rəsul Rza Ev Muzeyinin, Mərkəzi Kitabxana Sisteminin əməkdaşları və KİV-nin nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Gülçin Babayeva narkotik maddələrdən istifadənin risk amillərindən, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirlərindən, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib.

Sonra Göyçay rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi polis mayoru Şahin Xalidov çıxış edərək qeyd edib ki, narkomaniyanın təhlükəli tərəfi ondan ibarətdir ki, narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, durmadan artır və onunla mübarizə aparmaq polis əməkdaşlarının ən mühüm vəzifəsidir.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov çıxış edərkən bildirib ki, cəmiyyətə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, bu bəlanın qarşısını almaq üçün biz həkimlərin də üzərinə böyük vəzifə düşür.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər