Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Müskürlü kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

05 iyul 2024 | 18:41

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.

05 iyul 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Müskürlü kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Göyçay rayon prokuroru Ramin Hüseynov, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahizər Əliyeva çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı kənd sakini Nazir Xancanov son günlər kənd ərazisində təbii qazın təzyiqinin zəif olması, pay torpaq sahələrinin ətrafından keçən arxların qazılması, həmçinin Qorxmaz Bəyalıyev artezian quyusunda içməli suyun təzyiqi zəif olduğundan su borusunun içərinin torpaq kütləsindən təmizlənməsi barədə müraciət etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həll edilməsi üçün aparatın müvafiq şöbələrinin əməkdaşlarına tapşırıqlar verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər