“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans Göyçayda işini davam etdirib
12 oktyabr 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçay rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işini davam etdirib.
Konfransın ikinci günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Müasir çağırışlar birgə yaşayış nümunəsi” adlı sənədli film nümayiş etdirildikdən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir, eyni zamanda Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, dinlərarası və məzhəblərarası vəhdətin mövcud olması bu gün müstəqil respublikamızı gücləndirən amillərdən biri olduğunu qeyd edib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri sahəsindəki siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini bildirib.
Konfransda çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəsul Kazımov çıxış edərək ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıblar.