Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Milli Məclisin deputatlarının iştirakı ilə İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib

03 aprel 2024 | 18:10

03 aprel 2024-cü il tarixdə Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyevin iştirakı ilə Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib

İclasda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın rayonda ictimai nəzarətin təşkilində və rəylərin nəzərə alınmasında əhəmiyyətli rolu vardır.

İctimai Şuranın sədri Akif Kərimov ötən dövrlər ərzində görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verərək gündəlikdə beş məsələnin qeyd olunduğunu bildirib: şəhər təsərrüfatına xidmət göstərən təşkilatların maddi-texniki bazasının yaxşılaşdırılması, şəhər küçələrinin işıqlandırılması, respublika əhəmiyyətli Göyçay-Bərgüşad və Qaraməryəm-Müsüslü avtomobil yolunun təmir olunması, içməli su təchizatının yaxşılaşdırılması, həmçinin rayonda icra edilməsi vacib olan digər cari məsələlər müzakirə edilib.

Sonra Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev iclasda çıxış edərək İctimai Şura ilə dövlət orqanları arasında əlaqələrin daha da möhkəmləndiyini, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığını təqdirəlayiq qiymətləndiriblər.

Keçidlər