Milli Məclisin deputatı və bələdiyyə sədri Ulaşlı Şıxlı kəndində sakinlərlə görüş keçirib
13 oktyabr 2025-ci il tarixdə Milli Məclisin deputatı Sabir Hacıyev və Potu bələdiyyəsinin sədri Zamiq İbrahimov Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində sakinlərlə görüş keçirib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Sabir Hacıyev ölkə rəhbərliyinin bölgələrin sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqəti vurğulayaraq kənd təsərrüfatının dəstəklənməsi və vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Sonra Potu bələdiyyəsinin sədri Zamiq İbrahimov çıxışında sakinlərin vergi ödənişlərinin artmasının kəndin sosial və infrastruktur problemlərinin həllinə müsbət təsir göstərəcəyini qeyd edib. O, həmçinin vətəndaşların aktiv iştirakının bələdiyyənin fəaliyyətində şəffaflığın və effektivliyin artırılmasına kömək edəcəyini bildirib.
Sakinlər görüş zamanı elektrik enerjisinin gərginliyinin aşağı olması və fərdi yaşayış evində təbii qazdan istifadə zamanı borcun yaranması barədə müraciətlər edib.






