Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Milli Məclisin deputatı və bələdiyyə sədri Aşağı Qaraməryəm kəndində sakinlərlə görüş keçirib

22 oktyabr 2025 | 16:10

22 oktyabr 2025-ci il tarixdə Milli Məclisin deputatı Sabir Hacıyev və İnçə bələdiyyəsinin sədri Namiq Baxışov Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində sakinlərlə görüş keçirib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Sabir Hacıyev ölkə rəhbərliyinin bölgələrin sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqəti vurğulayaraq kənd təsərrüfatının dəstəklənməsi və vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Sonra İnçə bələdiyyəsinin sədri Namiq Baxışov çıxışında sakinlərin vergi ödənişlərinin artmasının kəndin sosial və infrastruktur problemlərinin həllinə müsbət təsir göstərəcəyini qeyd edib. O, həmçinin vətəndaşların aktiv iştirakının bələdiyyənin fəaliyyətində şəffaflığın və effektivliyin artırılmasına kömək edəcəyini bildirib.

Görüş zamanı sakinlər Aşağı Qaraməryəm kənd tam orta məktəbinin və Qaraməryəm-Müsüslü avtomobil yolunun əsaslı təmirinə, eləcə də fərdi təsərrüfatlarda istifadə edilən içməli suya sayğacların quraşdırılmasına ehtiyac olduğunu qeyd edərək müraciətlər ediblər.

Keçidlər