Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev vətəndaşlarla növbəti görüş keçirib

27 iyul 2022 | 18:00

27 iyul 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki ərazisindən daxil olan müraciətlərə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq əraziyə səfəri çərçivəsində vətəndaşlarla növbəti görüş keçirib.

M.Əfəndiyev kənd təsərrüfatı sahəsində Göyçay və Ağdaş rayonlarında fəaliyyət göstərən sahibkarların işlərini əlaqələndirmək məqsədilə Ağdaş rayon Şəmsabad kəndlərində Göyçay və Ağdaş rayonlarının iri təsərrüfat subyektləri ilə görüş təşkil edilmiş, onlarla çay süfrəsi ətrafında xoş, mehriban söhbət aparılmışdır.

Görüşdə şəhid ailələrinin də əhatə olunduğu 30 dan çox fermerlərlə keçirilən görüşdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev, Qlobal Ekologiya Fondu, Kənd Təsərrüfatı Nazirliyi və BMT İnkişaf Proqramı iştirakı ilə icra olunan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin aparıcı mütəxəssisi Mehrac Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Göyçay KOB Dostu mərkəzinin direktoru Rahim Məmmədov, Göyçay və Ağdaş rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları Elçin İsmayılov və Fərhad Əliyev, Ağdaş rayon Məşğulluq Xidmətinin direktoru Anar Əvəmmədov və digər rəsmi nümayəndələr iştirak etmişlər.

Sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən səhiyyə, pensiya, məşğulluq səviyyəsinin yüksəldilməsi, həmçinin mənzil-məişət problemləri ilə bağlı məsələlər başlıca yer alıb.

Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.

Qeyd edək ki, fərdi şəkildə keçirilən qəbulda 15-ə yaxın seçici iştirak edib.

Keçidlər