Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ləkçılpaq kəndində şəhid Abdulcəmil Bilalovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

20 noyabr 2023 | 16:40

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev noyabrın 20-də rayonun Ləkçılpaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bilalov Abdulcəmil Xəqani oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.

Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Abdulcəmil Bilalovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Bilalov Abdulcəmil Xəqani oğlu 09.01.1997-ci il tarixdə Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 20 noyabr 2020-ci il tarixdə rayonun Ləkçılpaq kəndində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər