Kürd kəndində növbəti səyyar qəbul keçirilib
21 noyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Kürd kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Rəsulov Yusif çıxış edərək Kürd kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı kənd sakini Məmmədşah Nuriyev yaşadıqları küçənin gediş-gəlişin yolunun təmir edilməsi və Elman Hətəmov axşam saatlarında təbii qazın təzyiqinin zəif olması barədə barədə müraciət etmişdir.
Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.