Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib

09 iyul 2025 | 13:31

9 iyul 2025-ci il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Göyçay Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirib ki, Azərbaycan Milli Konstitusiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyev 14 iyun 1969-cu il tarixində Azərbaycan rəhbərliyinə gətirilməklə ölkənin dirçəliş və inkişaf yolunun təməli qoyulub. SSR-nin ən geridə qalmış respublikası olan Azərbaycanı sənayesi və kənd təsərrüfatı inkişaf etmiş, elmi-texniki tərəqqinin tətbiq edildiyi, həmçinin mədəniyyəti ilə tanınan ölkəyə çevrilməsi məhz Ulu Öndərin titanik əməyinin nəticəsidir.

“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məruzə dinlənilib.

Çıxış edənlər rayon Ağsaqqallar şurasının sədri Nazir Əhmədov, rayonun Qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, Göyçay Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Könül Musayeva, Ülkər Abdullayeva qeyd ediblər ki, Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi məhz 14 iyul 1969-cu ildə başlayır. Müasir Azərbaycanın bu günkü sosial-iqstisadi inkişafınınn əsası həmin tarixdən başlayır.

Ümummilli Lider Heydər Əliyevin təklifi ilə SSR Ali Sovetin sesiyasında Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir təklifinin verilməsi Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Keçidlər