Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göyçayda növbəti ağacəkmə aksiyası keçirilib

09 aprel 2025 | 17:07

09 aprel 2025-ci il tarixdə Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı aparatının, rayonun Mədəniyyət sahəsinin, həmçinin Şəhər Təsərrüfatı Birliyinin kollektivləri iştirak ediblər.

Şəhərin Heydər Əliyev prospektində keçirilən aksiyada avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər