Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göyçay rayonunda ağacəkmə aksiyası keçirilib

10 mart 2025 | 16:46

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq 03 mart 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərinin ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Şəhər Təsərrüfatı Birliyinin işçiləri fəal iştirak ediblər.

Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 200 ədəd eldar şamı, gül kolları və digər müxtəlif növ ağaclar əkilərək aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər