Kəndlərdə yol kənarlarının və qəbiristanlıq sahələrinin abadlaşdırılması istiqamətində işlər davam etdilir
Rayon icra hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və kənd bələdiyyələri tərəfindən yol kənarlarının abadlaşdırılması, yaşıllıqların artırılması və qəbiristanlıq sahələrində səliqə-səhman işlərinin görülməsi istiqamətində işlər davam etdirilir.
Oktyabrın 17-də rayon icra hakimiyyəti başçısının Bəydövül və Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə kəndlərin mərkəzi yollarının ətrafında abadlıq işləri aparılaraq tullantılardan və təbii qaz xətlərinin üzəri kol-kosdan təmizlənib.
Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən Qaraməryəm-İsmayıllı avtomobil yolunun kənarları məişət tullantılarından və Qaraməryəm kənd qəbiristanlıq sahəsinin ətrafı alaq otlarından təmizlənmiş, eləcə də mövcud yaşıllıqlar suvarılaraq aqrotexniki qulluq göstərilmişdir.