Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Kəndlərdə səyyar qəbulların keçirilməsi davam etdirilir

02 fevral 2023 | 17:04

 Fevralın 2-də rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Birinci Ərəbcəbirli kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər