Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Kəndlərdə rayon icra hakimiyyəti başçısının sədrliyi ilə vətəndaş müraciətlərinin dinlənilməsi üçün səyyar görüşlərin keçirilməsi davam edir

12 sentyabr 2024 | 17:52

12 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Veysəlli kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Əliyev çıxış edərək Veysəlli kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər