Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İqtisadiyyat nazirinin birinci müavini Göyçayda vətəndaşları qəbul edib

27 yanvar 2023 | 16:42

 

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər