İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak etdi
19 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şəhid olan Qarayazı kənd sakini Hüseynov İlham Umud oğlunun və Potu kənd sakini Əliyev Elnur Ərəstun oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Hüseynov İlham Umud oğlu 08.09.2000-ci il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 19 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Əliyev Elnur Ərəstun oğlu 10.02.2000-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.04.2020-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 19 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers