Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib

16 aprel 2024 | 12:47

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tərəfindən hər həftə fərdi qəbulların keçirilməsi davam edir.

16 aprel 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 22 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər