İcra Hakimiyyətinin başçısı Kürdəmiş kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib
08 may 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Cəyirli kənd inzibati ərazi dairəsinə daxil olan Kürdəmiş kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Səyyar qəbulda çıxış edən Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Abbasov Kürdəmiş kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Sonda kənd sakinləri göstərilən diqqət və həssas münasibətə görə ölkə rəhbərliyinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.