İcra Hakimiyyətinin başçısı Hacalıkənd kəndində səyyar qəbul keçirib
19 dekabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Hacalıkənd kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Səyyar qəbul zamanı vətəndaşlar müxtəlif mövzular barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmiş, qaldırılan məsələlər qeydə alınaraq nəzarətə götürülmüşdür.
Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.