Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra Hakimiyyətinin başçısı Cırqurd kəndində növbəti səyyar qəbul keçirib

01 avqust 2024 | 15:50

01 avqust 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Cırqurd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.

Sonra Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Natiq İbadov çıxış edərək Cırqurd kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı kənd sakini Cavanşir Kərimov Cırqurd kəndində ümumtəhsil müəssisəsinin inşa olunması, məktəbyaşlı uşaqların ətraf kəndlərin məktəbinə gedib-gəlməsi ilə bağlı avtobusun ayrılması və İsa Ələkbərov kənd ərazisinə təbii qaz xəttinin çəkilməsi barədə müraciət etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər