Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra Hakimiyyətinin başçısı Cəyirli kəndində növbəti səyyar qəbul keçirib

06 sentyabr 2024 | 10:47

05 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Cəyirli kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.

Sonra Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Abbasov çıxış edərək Cəyirli kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı kənd sakini şəhid atası Elxan Ömərov Cəyirli kəndində içməli su təminatının yaxşılaşdırılması, III qrup Vətən müharibəsi əlili İkram Aslanov kəndin ərazisindən keçən respublika əhəmiyyətli Göyçay-Bərgüşad avtomobil yolunun təmir olunması, Afiq İbrahimxəlilov kənd ərazisindən keçən şirə kanalının lil və çöküntülərdən təmizlənməsi və kəndin digər sakinləri müxtəlif mövzular barədə müraciət etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər