Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Aşağı Qaraməryəm kəndində keçirildi

12 fevral 2025 | 16:02

12 fevral 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Qaraməryəm kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı kənd sakinləri Zərbalıyev Mehman İmran oğlu yaşadığı məhəllədə elektrik dirəyinin yerinin dəyişdirilməsinə, Əmrahov Rəhman Qədir oğlu və Məmmədov Mais Məmmədhüseyn oğlu qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunmasına köməklik edilməsi və digər vətəndaşlar müxtəlif mövzular barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmiş, qaldırılan məsələlər qeydə alınaraq nəzarətə götürülmüşdür.

Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər