Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər həll olunur

10 iyun 2024 | 17:10

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər nəzarətə götürülür və həlli istiqamətində müvafiq tədbirlər görülür.

May ayının 16-da rayonun Şəhadət kəndində keçirilən səyyar qəbul zamanı kənd sakini Rəcəbov Niman Əlövsət oğlu yağışlı və küləkli günlərdə sakinlərin avtobus gözləməsi üçün dayanacağın quraşdırılması barədə etdiyi müraciətinə əsasən “17 saylı Yol İstismarı” MMC tərəfindən kənd ərazisinə yeni dayanacağın quraşdırılması təmin edilib.

Həmçinin iyun ayının 7-də rayonun Xəlitli kəndində keçirilən səyyar qəbul zamanı kənd sakini Hacıyev Rüstəm Yusif oğlu məktəblilərin yolu təhlükəsiz keçməsi üçün piyada zolağının çəkilməsi barədə etdiyi müraciətinə əsasən “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsal İdarəsinin Göyçay 5 saylı Regional İstismar Sahəsi tərəfindən Xəlitli kənd ümumi orta məktəbin qarşısından keçən yola piyada cizgi xəttinin çəkilməsi təmin edilmişdir.

Keçidlər