Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra başçısının müntəzəm olaraq rayon icra hakimiyyətinin inzibati binasında vətəndaş müraciətlərinə baxılması üçün qəbulların keçirilməsi davam etdirilir

07 noyabr 2023 | 11:57

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev noyabrın 7-də rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbulda aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər