İcra başçısı rayonun Alpout kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün 2024-cü ildə barama qurdları saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.
May ayının 22-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Alpout kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı kümçülərə müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Qeyd edək ki, barama yetişdirilməsi ilə əlaqədar göyçaylı kümçülərə 150 qutu (2850 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.
Hazırda 67 kümçü tərəfindən ipəkqurdlarının bəslənilməsi davam edir. Cari mövsümdə Göyçay rayonunda yaş barama istehsalının 6 tona çatdırılması nəzərdə tutulur.