Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra başçısı Çərəkə kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib

19 iyun 2025 | 17:19

19 iyun 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.

Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Bədəlov kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Sonda kənd sakinləri göstərilən diqqət və həssas münasibətə görə ölkə rəhbərliyinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər