“Heydər Əliyev və vergi siyasəti” mövzusunda görüş keçirildi
23 fevral 2023-cü il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında ümummilli liderin 100 illiyi münasibətilə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərlinin və rəhbərlik etdiyi kollektivin iştirakı ilə “Heydər Əliyev və vergi siyasəti” mövzusunda görüş keçirildi.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərli bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərindən, dövlət büdcəsinin formalaşmasında Dövlət Vergi Xidmətinin əhəmiyyətindən bəhs edib və vergi sisteminin inkişafına ümummilli liderin verdiyi töhfələrlə bağlı geniş məruzə dinlənilib.
Sonra çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda bazar iqtisadiyyatının inkişaf etməsi ilə vergiqoymanın qanunvericilik bazasının təkmilləşdirilməsinin zərurətini vurğulayan deputat Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında başlanıldığını bildirərək 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşdüyünü qeyd edib.