Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Heydər Əliyev və sosial siyasət” mövzusunda Göyçay Peşə Tədris Hazırlıq Mərkəzində tədbir keçirildi

05 aprel 2023 | 18:30

05 aprel 2023-cü il tarixdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və sosial siyasət” mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Göyçay Peşə Tədris Hazırlıq Mərkəzində tədbir keçirildi.

Təbdirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı  Mərkəzi Aran Regional Filialının və Göyçay Peşə Tədris Hazırlıq Mərkəzinin kollektivləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı  Mərkəzi Aran Regional Filialının direktoru İlqar Səmədov çıxış edərək qeyd etdi ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir dövr ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz elə bu məqsədlə ölkə Prezidenti tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunmuş və il çərçivəsində ölkəmizdə olduğu kimi rayonumuzda da silsilə tədbirlər keçirilir.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ulu Öndərin sosial sahəyə davamlı diqqət və qayğısı, müstəqil Azərbaycanın sosial siyasətinin formalaşması və təkmilləşməsinə dəlalət edən qanunlar haqda iştirakçılara geniş məlumat verərək bu gün müdrik siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanıldığını diqqətə çatdırdı. 

Daha sonra Göyçay Peşə Hazrlıq Mərkəzinin direktor müavini Əzizağa Atakişiyev, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı  Mərkəzi Aran Regional Filialının baş mütəxəssisi Cavid Hüseynov, Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filialının aparıcı mütəxəssisi Əli Qarayev Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, istər müstəqilliyin bərpası, istərsə də son illərdə Azərbaycanda əhalinin sosial müdafiəsi siyasəti, sosial təminat qanunvericiliyinin təkmilləşdirilməsi prosesindən ətraflı söhbət açdılar.

Sonda Göyçay Peşə Hazrlıq Mərkəzinə xatirə hədiyyəsi olaraq Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən divar saatı hədiyyə edildi.

Keçidlər