Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazadır, dönməzdir!” mövzusunda təbdir keçirildi

07 aprel 2023 | 11:08

Aprelin 6-da Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazadır, dönməzdir!” mövzusunda təbdir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Təbdirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova giriş sözü ilə çıxış edərək bildirdi ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir dövr ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Məhz elə bu məqsədlə  ölkə Prezidenti tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunmuş və il çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi rayonumuzda da silsilə tədbirlər keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, İqtisad Universitetinin professoru İrşad Kərimli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun baş metodisti Lütviyyə Məcidova, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini, Gəncə Dövlət Universitetinin dissertantı Səbinə Qurbanova, gənc dövlət qulluqçusu Tofiq Əzizov tədbirdə çıxış edərək qeyd etdilər ki, bu günkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada qürurla dalğalanan dövlət bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir.

Sonda “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” mövzusunda hazırlanmış videoçarx nümayiş olundu.

Keçidlər