“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirildi
14 mart 2023-cü il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda Göyçay Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova məruzə ilə çıxış edərək müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək bütün ölkədə olduğu kimi rayonumuzda da “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Fiziki-riyaziyyat üzrə fəlsəfə doktoru Rahib Burcalıyev, Respublikanın əməkdar müəllimi Adil Məmmədov, rayon İcra Hakimiyyətinin könüllüsü, gənc fəal Vüsal Əhmədov tədbirdə çıxış edərək Azərbaycan xalqının yaddaşında xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan Heydər Əliyevin adının dünyanın hər yerində uca tutulduğunu xatirəsinin ehtiramla anıldığını bildirdilər.
Sonda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda hazırlanmış qısa videoçarx nümayiş olundu.