“Heydər Əliyev İli”nə həsr olunmuş görüş keçirildi
16 mart 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən təbdirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay, Ağdaş və Ucar rayon Maliyyə İdarələri, eyni zamanda Göyçay və Ağdaş Statistika İdarələrinin kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Azərbaycanda maliyyə və statistika siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının danılmaz bir fakt olduğunu qeyd etdi.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin milli iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən maliyyə və statistika sahələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirib.