“Heydər Əliyev ili” ilə əlaqədar Göyçay Peşə Liseyində “Açıq qapı” günü keçirilmişdir
16 iyun 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə əlaqədar Göyçay Peşə Liseyində “Açıq qapı” günü keçirilmişdir.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılov, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, təqaüddə olan müəllimlər, liseyin mühəndis-pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zivər Zeynalova, Sahib Şükürov, Coşqun İsmayılov, Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova və hazırda təqaüddə olan müəllimi Fərhad Əliyev və digərləri çıxış edərək Göyçay Peşə Liseyinin fəaliyyəti və tarixi yolu haqqında fikirlərini bildiriblər.
Sonra Liseyin şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və liseyin tələbələrinin ifasında maraqlı rəqslər nümayiş olunub.
“Açıq qapı” günlərinin keçirilməsində məqsəd peşə təhsili müəssisələri haqqında məlumatlılıq səviyyəsinin artırılması və gənclər arasında peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.