Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev və ana dilimizin inkişafı” mövzusunda tədbir keçirildi
Avqust ayının 1-də Mərkəzi Aran Regional Gənclər və İdarəsinin Göyçay rayonu üzrə sektorunun, rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində 01 avqust - Azərbaycan dili və əlifbası gününə həsr olunmuş “Heydər Əliyev və ana dilimizin inkişafı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Göyçay rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Təranə Ömərova, şəhər 4 saylı tam orta məktəbin müəllimi Firəngiz Rzayeva Azərbaycan dili gününün mahiyyəti haqqında gəncləri ətraflı məlumatlandıraraq bildirdilər ki, bu gün böyük inamla demək olar ki, Ulu Öndərin əsasını qoyduğu dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı onun siyasi varisi möhtərəm dövlət başçımız prezident İlham Əliyev tərəfindən dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgi ilə davam etdirilir.
Fəal gənclərdən Fərzəli Fatimə qüsursuz bədii qiraətinə görə təşəkkürnamə ilə təltif edildi.