Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Güləş üzrə Avropa çempionu olan Laçın Vəliyev Göyçayda qarşılandı

02 iyul 2022 | 09:53

İtaliyanın Roma şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionatında uğurla iştirak edərək qızıl medal qazanan Laçın Vəliyevin İyulun 1-də Göyçayda böyük rəğbətlə qarşılandı.

L.Vəliyev və tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək gül-çiçək dəstələri düzmüş, xatirələrini ehtiramla yad etmişlər.

Laçın Vəliyevi rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qarşılamışlar.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Avropa çempionu Laçın Vəliyevi təbrik edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübut olduğunu diqqətə çatdırıb və idmançımıza xatirə hədiyyəsi təqdim edərək ona gələcək yarışlarda daha böyük uğurlar arzulayıb.

Qeyd edək ki, L.Vəliyev keçirdiyi yarışda əvvəlcə Ukrayna və İsveç idmançılarını məğlub edərək yarımfinala çıxıb. Daha sonra yarımfinalda erməni rəqibinə qalib gələrək finala yüksəlib. İdmançımız final görüşündə rumıniyalı idmançısına qalib gələrək qızıl medal qazanıb.

L.Vəliyev on ildir güləşlə məşğul olur və indiyədək bir neçə dəfə Avropa və dünya çempionatlarının, beynəlxalq turnirlərin mükafatını qazanıb. O, bir ay sonra Azərbaycanı dünya çempionatında təmsil edəcək.

L.Vəliyev çıxış edərək ona göstərilən bu qayğı və izdihamlı qarşılanmaya görə rayon ictimaiyyətinin nümayəndələrinə öz təşəkkürünü bildirərək gələcəkdə daha böyük uğurlarla idmansevərlərini sevindirəcəyini qeyd edib.

Keçidlər