Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın Türkmən kəndinin mərkəzi yoluna yeni asfalt örtüyü vurulub

30 mart 2024 | 10:18

Göyçay rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür.

Rayonun Türkmən kəndində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədilə uzunluğu 1 km olan mərkəzi yola yeni asfalt örtüyü vurulub. Yolun əsaslı təmir-tikinti işləri “17 Nömrəli Yol İstismarı” MMC  tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Kəndin mərkəzi yoluna yeni asfalt örtüyünün vurulmasına görə kənd bələdiyyəsi, sakinlər ölkə Prezidentinə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Göyçay rayonunun Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri işləri aparılır.

Keçidlər