Göyçayın rayonunun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
Göyçay rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür.
Rayon icra hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Çayarxı kəndində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədilə uzunluğu 4.2 km olan mərkəzi yola yeni asfalt örtüyü vurulub.
Yeni salınmış yol boyu 2 dayanacaq və suvarma sularının ötürülməsi üçün 34 ədəd müxtəlif diametrli borular yerləşdirilib.
Layihədə nəzərdə tutulan asfalt örtük salınması qrafikə uyğun başa çatmışdır və yol tikintisində digər işlər 17 Nömrəli Yol İstismarı” MMC tərəfindən ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir.
Kəndin mərkəzi yoluna yeni asfalt örtüyünün vurulmasına görə kənd bələdiyyəsi, sakinlər ölkə Prezidentinə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Göyçay rayonunun Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri işləri aparılır.