Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaydan olan yaralılar hərbi hospitalda ziyarət olundu

19 sentyabr 2022 | 17:15

19 sentyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev və Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Göyçay rayonundan olan hərbi qulluqçuları ziyarət etmişlər.

Ziyarət zamanı İ.Vəliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan Göyçay rayon sakinləri Xəlilov Tural Şirxan oğlu və Həmidli Sabir Samir oğlunun səhhəti və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu ediblər və eyni zamanda, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün tibbi personalın yüksək peşəkarlıqla fəaliyyət göstərdiyinə görə həkimlərə minnətdarlıqlarını ifadə ediblər.

Yaralılar onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər