Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yol kənarı əkilmiş ağacların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb

02 noyabr 2024 | 12:22

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun ərazisindən keçən hissəsində ötən həftə ərzində 10 minədək müxtəlif növ ağac və gül kollarının əkilməsi işləri aparılmışdır.

Noyabrın 2-də Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəhər Təsərrüfatı Birliyinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin kollektivlərinin iştirakı ilə ağacların küləkdən qorunması üçün qoruyucu dirəklərin basdırılması və su maşınları ilə yaşıllıqların suvarılması işləri aparılıb.

Həmçinin əkilmiş ağaclara aqrotexniki qaydada qulluq göstərilərək yol kənarı ərazilərdə müvafiq abadlıq işləri görülüb.

Keçidlər