Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yeniyetmə və gənclərin hərbi xidmətə yolasalma, eləcə də ehtiyata buraxılmış hərbi xidmət hərbi qulluqçularının təntənəli şəkildə qarşılanma mərasimi keçirildi

13 fevral 2019 | 16:00

Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda yeniyetmə və gənclərin hərbi xidmətə yolasalma, eləcə də ehtiyata buraxılmış hərbi xidmət hərbi qulluqçularının təntənəli şəkildə qarşılanma mərasimi keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə əlamətdar gün münasibətilə qurumun işçilərini təbrik edərək qeyd etdi ki, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də ciddi naliyyətlər əldə olunmuşdur.
Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi Polkovnik Leytenant Famil Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibəti ilə bir qrup şəxs Dövlət Xidməti və rayon icra hakimiyyəti tərəfindən təltif olundu.
Tədbir hərbi marş sədaları altında “Şahin”lərin paradı ilə yekunlaşdı.

Keçidlər