Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyi ilə əlaqədar YAP Göyçay rayon təşkilatı tərəfindən rayonun Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Göyçay rayon təşkilatının rəhbərliyi, partiya fəalları və ictimaiyyət nümayəndələri aktiv şəkildə iştirak ediblər.
Aksiyada 50-dən artıq Eldar şamı ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qeyd olub ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib.
Hazırda bu siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.