Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib
15 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Asif Məcidov, aidiyyəti yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Gültac Rzabəyli “Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili elan edilib”, İdarəsinin məsləhətçisi Ülkər Paşayeva “Ölkə ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdiriməsi” və Pərvin Cəfərli “Yaşıllıqların mühafizəsi haqqında qanunun tətbiqləri” mövzularında ətraflı məruzə ilə çıxış ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ekoloji problemlər, iqlim dəyişikliklərindən söhbət açaraq bu sahəyə diqqətin artırılmasını iştirakçıların diqqətinə çatdırıb.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar videoçarx nümayiş olunub.