Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yol kənarlarında abadlıq işləri həyata keçirilib

04 avqust 2024 | 11:48

Göyçay rayon ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yol kənarlarının abadlaşdırılması istiqamətində kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri təmizlik işləri həyata keçirilib.

Avqustun ayının 4-də rayon icra hakimiyyəti başçısının Aşağı Qaraməryəm, Cəyirli, Yalman və digər  kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə iməciliklər təşkil olunaraq magistral və kənd daxili yolların kənarında alaq otlarından, kol-kosdan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ağacların əhənglənməsi işləri görülüb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində abadlıq işlərinin aparılması mütəmadi olaraq davam etdirilir.

Keçidlər