Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15 aprel 2024 | 12:44
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Göyçay rayon Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, şəhər 4 nömrəli və Çaxırlı kənd tam orta məktəblərin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində təşkilatların qarşısında rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağac və gül-çiçək kolları əkilərək aqrotexniku qulluq edilib.
Tədbirin keçirilməsində məqsəd ağac və gül-çiçək kolları əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.